UEFA prezidenti Mişel Platini "Qızıl Top" mükafatı haqda öz proqnozunu açıqlayıb. Futbolinfo.az xəbər verir ki, "AS"a qəzetinə danışan qurum rəhbəri bu mükafata 3 real namizəd futbolçunun olduğunu deyib:
 
"Lionel Messi, Kriştianu Ronaldo və Frank Riberi bu mükafatın əsas favoritləridi. İlk ikisi fərdi olaraq çox yaxşıdı, Riberi isə ötən mövsüm bütün kubokları qazanıb. Builki "Qızıl Top" tarixin ən çətin seçimi olacaq".
 
Mükafat üçün səsvermənin vaxtının uzadılmasına da münasibət bildirən M.Platini bu addımın Ronaldo üçün atıla biləcəyini vurğulayıb: "Ronaldonu məmnun etmək üçün ola bilər. FİFA-nın bu qərarı Portuqaliyanın dünya çempionatına getmək üçün İsveçlə oynadığı və Kriştianonun üç qol vurduğu zaman reallaşdı".
Shares: