Goal.com saytı DÇ-2014-də forma geyəcək ən bahalı 20 futbolçunun adını müəyyənləşdirib. Futbolinfo.az xəbər verir ki, siyahıda daha çox İspaniya və Braziliya millisinin oyunçuları üstünlük təşkil edib.
 
Mundialın ən qiymətli futbolçusu Argentina yığmasından Lionel Messidi. Portuqaliyadan Kriştianu Ronaldo ikinci, İspaniya millisindən Andres İnyesta üçüncüdü.
 
1. Lionel Messi (Argentina) – 125 milyon avro
2. Kriştiano Ronaldu (Portuqaliya) – 105 milyon avro
3. Andres İnyesta (İspaniya) – 70 milyon avro
4. Edinson Kavani (Uruqvay) – 65 milyon avro
5. Radamel Falkao (Kolumbiya) – 60 milyon avro
6. Xuan Mata (İspaniya) – 49 milyon avro
7. Serxio Buskets (İspaniya) – 48 milyon avro
8. Robin van Persi (Hollandiya) – 46 milyon avro
9. Neymar (Braziliya) – 45 milyon avro
10. Məsut Özil (Almaniya) – 44 milyon avro
11. Mario Qötze (Almaniya) – 43 milyon avro
12. Halk (Braziliya) – 42 milyon avro
13. Ueyn Runi (İngiltərə) – 41 milyon avro
14. Bastian Şvaynştayqer (Almaniya) – 39 milyon avro
15. Tyaqo Silva (Braziliya) – 38 milyon avro
16. Kərim Benzema – 37 milyon avro
17. İsko (İspaniya) – 36 milyon avro
18. Xerard Pike (İspaniya) – 34 milyon
19. Oskar (Braziliya) – 33 milyon avro
20. Qonsalo İquayn (Argentina) – 32 milyon avro
Shares: