"Mançester Siti"nin baş məşqçisi Manuel Pelleqrini komandadan ayrılacağı deyilən Edin Dzeko ilə bağlı söz-söhbətə son qoyub. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı bosniyalı futbolçunun satılmayacağını bildirib.
 
Serxio Aquero və Alvaro Neqredonun əla formada olması səbəbindən tez-tez ehtiyatda qalan hücumçu özü də sərfəli təklif gələcəyi təqdirdə Mançesteri tərk etməyə hazır idi. Onunla "Arsenal", "Borussiya" (Dortmund) və "İnter" kimi klubların ciddi şəkildə maraqlandığı da məlum idi.
 
Lakin Pelleqrini Dzeko itirmək istəmədiyini və qış fasiləsində onu satmayacağını bildirib. Baş məşqçi qarşıda vacib matçlarının olduğunu və bu qarşılaşmalarda bosniyalı oyunçunun onlara yardımçı olacağını deyib.
 
Qeyd edək ki, Dzeko bu mövsüm müxtəlif turnirlərdə "Mançester Siti"nin formasını 14 oyunda 7 qola imza atıb.
Shares: