"Qalatasaray" ulduz futbolçusu Uesli Sneyderi satmaq qərarı alıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçinin zəif oyunu, üstəlik zədələnməsi rəhbərliyi bu cür addım atmağa məcbur edib.
Türkiyə mətbuatının verdiyi xəbərə görə, "sarı-qırmızılar"ın baş məşqçisi Roberto Mançini də Sneyderin satılması ilə razıdı.
Hazırda "Mançester Yunayted" Sneyderlə yaxından maraqlanır. "Qırmızı şeytanlar"ın hollandiyalı futbolçu üçün "Qalatasaray"a 11 milyon funt ödəməyə hazır olduğu vurğulanır.
Uesli özü də "Mançester Yunayted"də oynamaq və bununla da Hollandiya yığmasının heyətində DÇ-2014-ə yollanmaq üçün şans əldə etmək istədiyini söyləyib.





