Türkiyədə son iki ilin çempionu olan “Qalatasaray”da işlər heç də yaxşı getmir. Futbolinfo.az xəbər verir ki, inamsız oyunu ilə diqqət çəkən müdafiə xəttini tamam dəyişəcəyini deyən baş məşqçi Roberto Mançini əcnəbi limitinə görə heyətə düşməyib, getmək istəyən oyunçuların da ayrılacağını bildirib.
"Qalatasaray"ın 4 əcnəbi futbolçusuna artıq təkliflər var. Mövsümün əvvəlində “Lill”dən 6,8 milyon avroya transfer olunan Orelen Şedjunu alman və fransız komandaları istəyir. Mançini eyni zamanda Alberto Riyeranı da heyətdə görməkdə maraqlı deyil. Oyunçunu “Betis” və “Anderlext” heyətinə qatmağı düşünür. Göndərilməsi nəzərdə tutualn digər iki futbolçu isə Dani Nunkeu və Emmanuel Ebouedi.





