Türkiyə Super Liqasında "Konyaspor"la matçda ayaq barmağından zədələndiyi üçün bir müddət forma geyə bilməyən "Qalatasaray"ın qapıçıcısı Fernando Musleranın vəziyyəti yaxşılaşıb. Futbolinfo.az xəbər verir ki, uruqvaylı qolkiper artıq komanda ilə birlikdə məşqlərə başlayıb.
 
Baş məşqçisi Roberto Mançinin ona "Elazığspor" və "Yuventus"la matçda oynamağa şans verəcəyi bildirilir.
Shares: