"Real" (Madrid) rəhbərliyi futbolçusu Sami Xedira ilə müqaviləni yeniləmək üçün danışıqlara başlayıb. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu alman yarımmüdafiəçi ilə müqaviləni 2018-ci ilə qədər uzatmaq istəyir.
 
Yay “transfer pəncərsi”ndə başqa klubdan göndərilən  40 milyon avroluq təklifi rədd edən Xediranın da "Real"la sözləşməni yeniləməyə müsbət baxdığı bildirilir.
 
Qeyd edək ki, 26 yaşlı oyunçu baş məşqçi Karlo Ançelottinin güvəndiyi futbolçulardan biridi.
Shares: