Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari DÇ-2014-də favorit gördüyü komandanın adını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, çalışdırıcının fikirləri böyük marağa səbəb olub.
 
Belə ki, təcrübəli mütəxəssis kuboku İspaniyanın qazanacağını deyib: "İspaniya son çempiondu və  deməli, favorit də onlardı. Bu komandayla oynayan yığmalar çempionla qarşılaşdığını bilirlər. Bütün komandalar İspaniya kimi oynamaq istəyir. Mənim komandam bu ünvanı İspaniyanın əlindən almaq üçün çaışacaq. Konfederasiyalar Kubokunda onları məğlub etməyimiz özümüzə olan inamı artırdı”.
Shares: