Türkiyənin "Qalatasaray" klubunun zədəli futbolçusu Hamit Altıntopun nə zaman yaşıl meydanlara qayıdacağı dəqiqləşib. Futbolinfo.az xəbər verir ki, Türkiyə mətbuatında yarımmüdafiəçinin hazırda müalicəsini Almaniyada davam etdirdiyi bildirilir.
 
Türk oyunçu 2-3 həftəyə ölkəsinə qayıdacaq. Hamitin mövsümün ikinci dövrəsindən etibarən oyunlarda iştirak edəcəyi qeyd olunub.
 
Qeyd edək ki, Altıntop belindəki ağrılar səbəbindən ötən ay əməliyyat olunub.
Shares: