Türkiyə Kubokunun 5-ci turunun püşkatma mərasimi keçirilib. Futbolinfo.az xəbər verir ki, ölkənin böyük klublarından yalnız "Qalatasaray"ın mübarizəni davam etdirdiyi mərhələdə 16 komanda mübarizə aparacaq.
 
Gənc futbolçularla çıxdığı 4-cü tur matçında "Qaziantep BB"ni çətinliklə mübarizədən kənarlaşdıran "Cim-Bom" bu mərhələdə "Trabzonspor"u məğlub edən "Balıkesirspor"u sınağa çəkəcək. Yığmamızın hücumçusu Cihan Özkaranın çıxış etdiyi "Sivasspor" "Nazilli Bələdiyyəspor"la, Davud Kəriminin forma geyindiyi və “Fənərbaxça”nı devirən "Fəthiyəspor" "Əskişəhərspor"la qarşılaşacaq.
 
Bu mərhələnin oyunları 17, 18 və 19 dekabrda keçiriləcək. 8 matçın qalibləri qrup mərhələsinə vəsiqə qazanacaq. Matçların siyahısı belədi:
 
Qalatasaray – Balıkesirspor
Ərciyəsspor – Akhisar
Sivasspor – Nazilli Bələdiyyəspor
Bursaspor – İnegölspor
Karabükspor – Elazığspor
Əskişəhərspor – Fəthiyəspor
Bucaspor – Antalyaspor
Tokatspor – Kayserispor
 
Qeyd edək ki, 4-cü turda superliqa təmsilçilərindən "Fənərbaxça", "Beşiktaş", "Trabzonspor", "Gənclərbirliyi" və "Qaziantepspor" mübarizəni dayandırıb.
Shares: