"Borussiya" (Dortmund) klubunun baş məşqçisi Yurgen Klopp komandasının qış transfer pəncərəsindəki planlarından danışıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis qışda heç bir oyunçunu transfer etrməyəcəklərini bildirib:
"Yanvarda hər hansı bir transfer etməyi düşünmürük. Əlimizdə olan futbolçuları qorumağa çalışacağıq. Düzdür, bəzi zədəli futbolçularımız var. Onların yerini doldurmaq lazımdı. Yalnız Subotiç mövsümün sonunadək sıradan çıxıb. Digər futbolçuların geri dönüşü uzun çəkməyəcək".
"Borussiya"nın heyətində Subotiç, Hummels və Şmeltser zədə səbəbindən forma geyinə bilmir.





