“Qalatasaray”ın forvardı Didye Droqba klubdan ayrılacağına dair siqnallar verməyə başlayıb. Futbolinfo.az xəbər verir ki, futbolçu gələn təklifləri dəyərləndirəcəyini deyib:
“Çindən rəqabətdən uzaqlaşdığım və müqaviləmdəki şərtlər yerinə yetirilmədiyi üçün ayrıldım. “Qalatasaray”ın təklifi çox cəlbedici idi. Üstəlik, Çempionlar Liqası məni çağırırdı. Ötən mövsüm oynadığım futboldan və etdiklərimdən zövq aldım. Amma indi burada xoşbəxt deyiləm. Bu il işlər düşündüyümüz kimi getmir. Mənim üçün ən önəmlisi qərarlaşdığım yerdə xoşbəxt olmaqdı. Xoşbəxt deyiləm. Komandadakı problemlər də əhvalıma mənfi təsir göstərir. Bu səbəbdən gələcək təklifləri dəyərləndirməyə qərar verdim”.





