"Barselona"nın ulduz futbolçusu Lionel Messi gələn ay növbəti dəfə "Qızıl Top"a sahib olacaq. Bu barədə İspaniya xəbər agentliyi "Agencia News" məlumat verib. Futbolinfo.az xəbər verir ki, qalibin adının açıqlanacağı tarixə (yanvarın 13-ü) bir aydan çox qalmasına baxmayaraq, agentlik belə bir bəyanatla çıxış edib.
Qeyd edə ki, ötən il də "Agencia News" qaliblərin elan olunmasına qədər ilk "beşliy"i düzgün qeyd edərək diqqət çəkmişdi.
Agentliyin məlumatına görə, Kriştianu Ronaldo səsvermədə Messidən sonra 2-ci yeri tutub.
3-cü yer Frank Riberiyə qismət olub. Ondan sonrakı yerdə Andres İnyesta, 5-ci pillədə isə Zlatan İbrahimoviç qərarlaşıb.
İlin məşqçisi adına Yupp Haynkes layiq görülüb. Ondan sonrakı yerləri Braziliyadan Luis Felipe Skolari və İspaniyadan Visente Del Boske tutublar.





