Hollandiya millisinin baş məşqçisi Luis Van Qal DÇ-2014-ün püşkünü dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, o, çox pis bir qrupa düşdüklərini bildirib:
"Son çempionla eyni qrupdayıq. Avstraliya ilə oyunumuz alınmır. Çili də çətin bir rəqibdi. İşimiz çox çətindi. Üstəlik qrupdan çıxsaq belə, sonradan Braziliya ilə düşmə ehtimalımız var. Hər mərhələdə çətin sınaqlar bizi gözləyir".
Qeyd edək ki, Hollandiya dünya çempionatının B qrupunda İspaniya, Çili, Avstraliya ilə qarşılaşacaq.





