Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la qarşılaşacaq "Yuventus" daha bir ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, komandanın təcrübəli oyunçusu Mirko Vuçiniç sıradan çıxıb.
A seriyasında "Bolonya" ilə qarşılaşmada zədələnən futbolçunun İstanbul klubu ilə oyunda forma geyə bilməyəcəyi bildirilib.
Qeyd edək ki, bu matçda “Yuventus"dan Andrea Pirlo da iştirak edə bilməyəcək.





