Braziliyalı azarkeşlər dünya çempionatı zamanı komandalarını “samba-baraban” adlanan instrumentlə dəstəkləyə bilməyəcəklər. Futbolinfo.az xəbər verir ki, bu gün bu barədə xüsusi qərar verilib.
 
Bu alətlər 12 stadiondan heç birinə buraxılmayacaq. Bundan əlavə fanatlar digər alətlərdən də – xüsusilə də kaşiroludan istifadə edə bilməyəcəklər. Yerli orqanlar bundan narazı olsalar da qərar dəyişilməyəcək.
 
Son olaraq DÇ-2010-da “vuvuzela”nın yaratdığı narazıçılıq FİFA-nı belə bir addım atmağa vadar edib.
Shares: