Almaniyanın "Borussiya" (Dortmund) klubu ciddi itkilərlə üzləşib. Futbolinfo.az xəbər verir ki,Bundesliqanın 15-ci turunda "Bayer"lə (Leverkuzen) qarşılaşmanın 52-ci dəqiqəsində Sven Bender, 82-ci dəqiqəsində isə Nuri Şahin zədələnərək oyunu davam etdirə bilməyib.
Hər iki futbolçunun zədəsinin ciddi olduğu bildirilir. Bu barədə Dortmund klubunun baş məşqçisi Yurgen Klopp "Sky" televiziyasına açıqlamasında deyib.
Onların hansı müddətə futboldan uzaq qalacağı isə həkimlərin müayinəsindən sonar açıqlanacaq.





