İngiltərənin “Viqan” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, Ouen Koyldan boşalan posta Uve Rosler gətirilib.
 
Ötən əsrin 90-cı illərində “Mançester Siti”də futbolçu kimi parlayan mütəxəssislə müqavilənin şərtləri anonym saxlanılıb.
 
Qeyd edək ki, “Viqan” son İngiltərə Liqa Kubokunun sahibi və cari mövsüm Avroliqanın iştirakçısı olsa da, ötən mövsüm premyer-liqanı autsayder olaraq bitirdiyindən hazırda çempionşipdə mübarizə aparır.
Shares: