Fransa çempionatında daha bir baş məşqçi istefaya göndərilib. Futbolinfo.az xəbər verir ki, Marsel “Olimpik”inin rəhbərliyi Elie Boup postundan ayrılıb.
Fransız mütəxəssisin istefaya göndərilməsi ilə bağlı qərar son oyunda öz meydanında “Nant”a məğlubiyyətdən sonra verilib.
Qeyd edək ki, bundan əvvəl “Monpelye”nin baş məşqçisi Rolland Kourbislə də yollar ayrılmışdı.





