Bu gün Topaz Premyer Liqasının 16-cı turunun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Şəfa" stadionunda "İnter" "Xəzər Lənkəran"ı qəbul edir.
Yenicə start götürən qarşılaşma ilk dəqiqələrindən gərgin keçir. Məhz bunun nəticəsidi ki, qarşılaşmanın əvvəlindəcə futbolçular arasında gərginlik yaşanıb. Bekı ki, "İnter"in hücumu zamanı qonaqların futbolçusu Tural Cəlilov yerdə qalıb. Lakin buna fikir verməyən "bankirlər"in futbolçusu Asif Məmmədov hücumu davam etdirib və qapıçı Orxan Sadıqlı ilə üz-üzə qalıb. Sadıqlı bu epizodda qola imkan verməsə də, meydanda iki komandanın futbolçuları arasında gərgin anlar yaşanıb. Lənkəranlılar meydan sahiblərini topu saxlamadıqlarına görə qınasa da, bakılılar da özlərinə haqq qazandırmağa çalışıblar. Bu üzdən oyunda 2-3 dəqiqə fasilə yaranıb.
Qeyd edək ki, görüş hələ ki, qolsuz davam edir.





