Bu gün Topaz Premyer Liqasının 16-cı turunun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, Şüvəlandakı "AZAL Arena"da AZAL "Rəvan"ı qəbul edir.
Hazırda Şüvəlanda çox güclü külək əsir. Bu isə futbolçulara normal oyun sərgiləməkdə ciddi şəkildə çətinlik yaradır. Qapıçılar topu oyuna daxil etmək üçün bir neçə dəfə cəhd etmək məcburiyyətində qalırlar. Elə qapıya zərbələr zamanı da qapıya gedən topun kənara yönəldiyini və ya əksini tez-tez müşahidə etmək mümkündü.
 
Elə "Rəvan"ın qol vurduğu epizodda da topun qapıya getdiyini təxmin etmək çətin idi. Lakin məhz küləyin "köməyi" sayəsində qonaqlar rəqib qapısına yol tapa bildilər.
Shares: