Bu gün Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək.
Ağdam klubu əzəli rəqibi ilə Azərbaycan derbisi ərəfəsində çox ciddi itki ilə üzləşib. Belə ki, braziliyalı yarımmüdafiəçi Riçard Almeyda liderlə qarşılaşmada komandasına kömək edə bilməyəcək. Buna səbəb onun bu gün gün keçirilən oyun öncəsi məşq zamanı əzələsini dartmasıdı. Bu üzdən də baş məşqçi Qurban Qurbanov Almeydanın qarşılaşmanın iştirak ərizəsinə salmayıb. Braziliyalının əvəzində Muarem Muarem ilk dəqiqələrdən meydanda olacaq.





