Bu gün Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində Şüvəlanda yerli AZAL "Rəvan"la üz-üzə gəldi. Futbolinfo.az xəbər verir ki, qarşılaşmada hesabı qonaqlar açsa da, görüşün son dəqiqələrində 2 qol vuran "təyyarəçilər" əzmkar qələbəyə sevindilər.
Maraqlıdı ki, bu görüşdə vurulan hər üç qolu komandaların sabiq oyunçuları vurdular. Belə ki, "Rəvan"ın qolunu vaxtilə AZAL-da çıxış etmiş Hüseyn Axundov vurdu. "Təyyarəçilər"ə qələbə gətirən iki qolu isə əvvəllər "Rəvan"ın uğurları üçün çalışmış Şəhriyar Rəhimov vurdu.
Maraqlı məqamlardan biri də AZAL-ın 10 oyunluq fasilədən sonra qələbə sevinci yaşaması oldu.





