DÇ-2014-ün püşkatma mərasimindən sonra ortaya yeni iddialar atılıb. Futbolinfo.az xəbər verir ki, Fransa və İsveçrənin yer aldığı qrup müəyyən şübhələrə yer açıb.
 
Onların asan qrupa düşməsi dünyanın iki ali futbol qurumu FİFA və UEFA-nın rəhbərlərinin məhz bu iki ölkədən olması ilə əlaqələndirilib.
 
Belə ki, DÇ-2014-ə vəsiqəni plry-off mərhələsində qazanan Fransa səfərdə uduzduğu (0:2) Ukraynanı evdə hakim səhvlərinin köməyi ilə 3:0 hesabı ilə yenərək mundiala bilet əldə etmişdi. İndi Fransa və İsveçrə Ekvador və Honduras kimi zəif rəqiblərlə bir qrupa düşüb.
 
Qeyd edək ki, UEFA prezidenti Mişel Platini fransalı, FİFA prezidenti Yozef Blatter isə isveçrəlidi.
Shares: