Avropa mətbuatında Madrid “Real”ının istedadlı yarımmüdafiəçisi Anhel di Mariya haqqında transfer xəbərləri səngimək bilmir. Son olaraq argentinalı futbolçunun "Monako"ya keçəcəyi iddia olunub.
 
Futbolinfo.az xəbər verir ki, "Real"a yaxınlığı ilə seçilən "Marca" qəzetinin məlumatına görə, tərəflər bu transfer üçün 35 milyon avroya razılığa gəlib. Lakin bu xəbərdən dərhal sonar “Kral Klubu”nun çalışdırıcısı Karlo Ançelotti məsələyə rəsmi münasibət bildirib:
"Kubok oyununda mən di Mariyanı əvəzlədim. O dedi ki, özünü rahat hiss etmir. Mən ehtiyat oyunçuları hazırlaşmağa göndərdim. Sonra isə meydana Benzemanı buraxdım. Biz Anhellə onun gələcəyi barədə danışmamışıq. O burda xoşbəxtdi və “Real”da qalacaq."

 

Shares: