"Qalatasaray" heyətini daha bir ulduz futbolçu ilə gücləndirməyi planlaşdırır. Futbolinfo.az xəbər verir ki, Türkiyə nəhəngi "Mançester Yunayted"in üzvü Nanini hədəfə alıb.
 
Əslində “sarı-qırmızılar” Portuqaliya millisinin üzvü ilə ötən ildən maraqlansa da, “Mançester Yunayted” rəhbərliyi bu keçidə icazə verməmişdi.
 
İddialara görə, Nani də gələn ilin yayında Braziliyada təşkil olunacaq dünya çempionatında çıxış etmək istədiyinyən əsas heyətdə oynamaq üçün "Cim-Bom"un təklifinə müsbət yanaşır.
 
İngiltərə mətbuatı Uesli Sneyderi almaq arzusunda olan "qırmızı şeytanlar"ın qarşı tərəfə Nanini təklif etdiyini yazır.
 
Türkiyə mediası isə artıq "Qalatasaray" rəhbərliyi ilə futbolçunun meneceri arasında danışıqların başladığını bildirib. İngiltərədə görüşən tərəflərin razılığa gəldiyi də vurğulanır.
Shares: