"Borussiya" (Dortmund) klubu Çempionlar Liqasının qrup mərhələsinin son oyununda baş tutacaq Marsel “Olimpik”iylə matça ciddi itkilərlə çıxacaq. Futbolinfo.az xəbər verir ki, sözügedən qarşılaşmada "Bayer"lə oyunda zədələnən Sven Bender forma geyinə bilməyəcək.
Türk yarımmmüdafiəçi Nuri Şahinin də bu görüşü buraxacağı gözlənilir.
Qeyd edək ki, Dortmund təmsilçisində İlkay Gündoğan və Sebastiyan Kel də zədəlidi.





