Türkiyəli mütəxəssis Mustafa Dənizlinin "Xəzər Lənkəran"a gəlişi ilə iddiaların ardı-arası kəsilmir. Futbolinfo.az xəbər verir ki, Türkiyə mətbuatı bu dəfə İbrahim Toraman və Necati Ateşin Lənkəran klubuna gələcəyini bildirib.
 
Məsələ ilə bağlı klubun rəmsi mövqeyini öyrəndik. Mətbuat xidmətindən saytımıza verilən məlumatda bu cür xəbərlərin real olmadığı bildirilib: "Hələ ki, kimlərin gələcəyi barədə dəqiq heç nə yoxdu. Bu cür məsələlər gündəmdə deyil. “Xəzər Lənkəran”a məşhur baş məşqçi rəhbərlik etdiyi üçün tanınmış futbolçuların adlarının bizim klubla birgə hallanması normaldı. Hələ qış fasiləsinə qədər heç nə olmayacaq. Qışda kimlərin gələcəyi isə baş məşqçidən asılıdı".
Shares: