Məşhur türkiyəli iş adamı Əli Ağaoğlu Madird "Atletiko"sunun futbolçusu Arda Turanı "Trabzonspor"a gətirəcəyi ilə bağlı mətbuatda yazılan xəbərlərə münasibət bildirib. Futbolinfo.az xəbər verir ki, Qaradəniz təmsilçisinə maddi dəstək göstərən Ağaoğlu jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
 
"Trabzonlu olmaqdan qürur duyuram. Futbolla maraqlanmıram. Ancaq klubun prezidenti mənim qohumumdu. Bir trabzonlu olaraq dəstək verməkdən başqa niyyətim yoxdu. "Trabzonspor"un idarə heyətində yer almağı da istəmirəm. Arda ilə görüşüm olmayıb. Bu cür xəbərləri görəndə gülürəm. Transfer üçün pul xərcləyəcəm, ancaq qəti şəkildə deyə bilərəm ki, bu, Arda deyil".
Shares: