"Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlının klubla müqavilə müddətinin başa çatmaq üzrə olduğunu xəbər vermişdik. Futbolinfo.az xəbər verir ki, cənub təmsilçisi gənc qapıçısı ilə müqaviləni yeniləməyə tələsmir.
 
Bu arada Sadıqlı qış transfer pəncərəsi açılmamış təklif yağışına tutulub. Əldə etdiyimiz məlumata görə artıq gənc qolkiperə 3 klubdan təklif var.
 
Belə ki, Sadıqlını "Qarabağ", "İnter" və "Bakı" öz heyətində görmək istəyir. Orxanın komandasını dəyişib-dəyişməyəcəyi məsələsi qış fasiləsində öz həllini tapacaq. 
Shares: