AFFA-nın himayəsində fəaliyyət göstərən klublardan biri olan "Turan-T"də vəzifə bölgüsü bacarıqlar əsasında yox, qohumbazlıq üzərində bölüşdürülüb. Futbolinfo.az xəbər verir ki, prezident Namiq Məstanov yaxın qohum-əqrabasını başına yığaraq Tovuz təmsilçisini bir növ ailə klubuna çevirib.
Onunla yanaşı, komandada yaxın qohumları müxtəlif önəmli postları tutur ki, onları da vəzifəyə məhz Namiq bəy gətirib. Məsələn, klub rəhbərinin dayısı komandanın və bazanın yerləşdiyi arenanın direktorudu. Məstanovun qardaşı isə fanklubun çayxanası kimi tanınan və stadionda yerləşən obyekti işlədir. Bundan əlavə, Namiq bəyə yaxın daha bir necə şəxsin klubda çalışdığı bildirilir.
Bu məqam isə Tovuzda yerli azarkeşlər tərəfindən heç də birmənalı qarşılanmır. Çünki müxtəlif vaxtlarda kimdənsə asılı olmayan sponsorların baxdığı klubda bu vaxta kimi işləyən prezidentlər qohumbazlıq edərək, yaxınlarına iş verməyib. Hazırda isə "Turan-T"
federasiyadan maliyyələşdiyindən Namiq Məstanovun bu hərəkəti hiddət doğurur. Bu üzdən komanda tovuzluların deyil, Məstanovlarınkı hesab olunur.
Məsələ ilə bağlı Məstanovun da fikirlərini öyrənməyə hazırıq.





