İran dövlət televiziyası 36 yaşlı braziliyalı model və aktrisa Fernanda Limanın DÇ-2014-ün püşkatması zamanı geyindiyi geyimə görə proqrama senzura tətbiq edib. Futbolinfo.az xəbər verir ki, bütün iranlılar ekran qarşısında oturub İran milli komandasının hansı komandalarla oynayacağı haqda xəbəri gözləyərkən anidən yayın kəsilib.
 
Televiziyaya çoxsaylı zənglər ediləndən sonra bəlli olub ki, buna səbəb Limanın açıq-saçıq geyimidi.
 
Yayımın dayanmasının səbəbini öyrənən iranlılar acıqlarını Limanın "Facebook" hesabından alıblar. Onlar məşhur modelin səihfəsinə "Fahişə, sənin üzündən püşkatmanı izləyə bilmədik" mesajları göndəriblər.
Shares: