AFFA-nın sponsorluq etdiyi komandalardan olan "Kəpəz"də büdcənin azaldıması gözlənilir. Futbolinfo.az xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxışı və demək olar ki, elitaya cıxmaq şanslarının itirilməsidi. Bu üzdən federasiya gəncəlilər üçün artıq xərcə düşmək istəmir.
 
Qeyd edək ki, eyni səbəbdən dövrələrarası fasilədə təlim-məşq toplanışı üçün xaricə çıxmaq istəyən "Kəpəz"ə mənfi cavab verilib. AFFA klubun hazırlıq prosesi üçün Gürcüstana yollanmaq arzusuna qarşı çıxaraq, toplanışın elə Gəncədə keçirilməsini məqbul sayıb.
 
Hazırda "Kəpəz"də maaşlar birinci divizion klubları üçün heç də pis deyil, hətta normaldı. Klub rəsmiləri, məşqçilər korpusu və futbolçular digər komandalarla müqayisədə daha yaxşı məvacib alırlar. Elə götürək AFFA-nın baxdığı yaxın ətrafda yerləşər rayonların təmsilçilərini. "Turan-T"də ən yüksək maaşlar 500 ABŞ dolları, "Şəmkir"də 400 dollardısa, "Kəpəz"li futbolçular 800 dollar alırlar. Ortada isə nəticə baxımından heç nə yoxdu. Daha az büdcəyə malik Tovuz və Şəmkir kollektivləri xərclənən paranın qarşılığını verməyən Nizami yurdunun təmsilçisini turnir cədvəlində qabaqlayırlar.
Shares: