Dünən axşam Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Qalatasaray" – "Yuventus" matçında qar yağması 33-cü dəqiqədə oyunun təxirə salınmasıyla nəticələnmişdi. Bu hal ən çox bilet alıb qarşılaşmanı izləməyə gələn azarkeşləri narahat edirdi.
 
Futbolinfo.az xəbər verir ki, həmin azarkeşlərin bugün baş tutacaq matçı izləyib-izləməyəcəyi ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Şükrü Ergin məlumat verib:
 
"Azarkeşlərimiz cırılımış biletlərlə belə stadiona girə biləcəklər. Ancaq biletlərini tullayanlara çox təəssüf ki, bu şans verilməyəcək. Çünki biletlərin üzərinə onların matçın sonuna qədər saxlanılması yazılıb".
 
Bu açıqlamanın ardından biletlərini atan "Cim Bom"lu azarkeşlər onu tapmaq üçün zibil qutularını belə axtarmağa başlayıb.
 
Qeyd edək ki, "Qalatasaray" – "Yuventus" matçı bu gün, Bakı vaxtı ilə saat 17:00-da qaldığı yerdən davam edəcək.
Shares: