Futbol üzrə Avropa yığmalarının AÇ-2016-nın təsnifat mərhələsinin püşkatması zamanı yer aldığı səbətlər və onların tərkibi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, bu format UEFA İcraiyyə Komitəsinin dekabrın 12-13-də İspaniyanın Bilbao şəhərində keçiriləcək iclasında təsdiqlənəcək.
Püşkatma mərasimi isə 2014-cü ilin fevral ayının 23-də Fransanın Nis şəhərində keçiriləcək. Azərbaycan yığması beşinci səbətdə yer alıb.
Səbətlərin tərkibi belədi:
1-ci səbət: İspaniya, Almaniya, Niderland, İtaliya, İngiltərə, Yunanıstan, Portuqaliya, Rusiya, Bosniya və Herseqovina;
2-ci səbət: İsveç, Ukrayna, Xorvatiya, Danimarka, İsveçrə, Belçika, Çexiya, Macarıstan, İrlandiya;
3-cü səbət: Serbiya, Türkiyə, Sloveniya, Rumıniya, İsrail, Norveç, Slovakiya, Avstriya, Monteneqro;
4-cü səbət: Ermənistan, Polşa, Şotlandiya, Finlandiya, Latviya, Uels, Bolqarıstan, Estoniya, Belarus;
5-ci səbət: İslandiya, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Azərbaycan, Gürcüstan, Kipr;
6-cı səbət: Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, Malta, Andorra, San-Marino, Cəbəllütariq, Farer adaları.
Yekunda hər biri 6 komandadan ibarət 8 qrup yaradılacaq. Daha bir qrup isə 5 komandadan ibarət olacaq.
Təqvimin tərtibində növbəti amillər nəzərə alınacaq:
– Heç bir komanda evdə ardıcıl iki oyun keçirə bilməz;
– Hər bir komanda təsnifata evdə, yaxud səfərdə oyunla (və ya əksinə) başlayacaq və bitirəcək;
– Soyuq qış ölkələrinin yığmaları noyabr və mart aylarında keçirəcəyi qarşılaşmaları səfərdə keçirəcəklər;
– Hər qrupda qışı soyuq keçən ölkələrdən üç yığma olacaq. Bu ölkələr iki kateqoriyaya bölünüb: çox soyuq qışın müşahidə edildiyi ölkələr (Finlandiya, Farer adaları, Norveç və Rusiya) və soyuq qış müşahidə edilən ölkələr (Andorra, Belarus, Estoniya, Litva, Latviya, İsveç və Ukrayna);
– Azərbaycan və Ermənistan, İspaniya və Cəbəllütariq, Rusiya və Gürcüstan yığmaları siyasi səbəblərdən müxtəlif qruplarda yer alacaq;
– İngiltərə, İspaniya, Almaniya, İtaliya və Niderland televiziya hüquqlarının təqsimi ilə əlaqədar altı komanda olan qruplarda yer alacaq.