“Koritiba”nın futbolçusu Aleks de Souza komandadan ayrıla bilər. Futbolinfo.az xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin klub prezidenti ilə arasının dəyməsidi.
Təcrübəli oyunçunun “Palmeyras”dan sabiq komanda yoldaşı Zinyo Aleks haqqında mətbuata maraqlı açıqlama verib. O, “sambaçı”nın yenidən “Fənərbaxça”ya qayıdacağını deyib:
“37 yaşına gəlmiş Aleksin Türkiyəyə futbolçu olaraq qayıtması çox çətindi. O da mənim kimi, bir vəzifəni icra edəcək. Aleksin Türkiyə üçün çox darıxdığını bilirəm. O, tək qayıtmayacaq, “Fənərbaxça”nın transfer etmək istədiyi Qansonu da özü ilə aparacaq”.
Qeyd edək ki, Aleks 2004-12-ci illərdə “Fənərbaxça”da futbolçu kimi çıxış edib.





