İran Futbol Federasiyanın prezidenti Əli Kafaşiyan Argentina millisinin və "Barselona"nın hücumçusu Lionel Messidən üzr istəyib. Futbolinfo.az xəbər verir ki, "Tehran Times" qəzetinə açıqlama verən federasiya prezidenti bəzi iranlıların Messi haqda xoşagəlməz ifadələr işlətdiyindən təəsüfləndiyini bildirib və ölkə futbol ictimaiyyəti adından Leodan üzr istəyib.
 
Qeyd edək ki, püşkatmanın nəticəsinə görə, 2014-cü ildə keçiriləcək  dünya çempionatının F qrupunda İran Argentina ilə bir qrupa düşüb. Püşkatmadan sonra 40 mindən artıq iranlı Messi haqda təhqiredici sözlər yazıb.
Shares: