Portuqaliya millisinin və "Real" (Madrid) klubunun ulduzu Kriştianu Ronaldo "Qızıl Top" mükafatının təqdimetmə mərasiminə qatılacaq. Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniyanın "Marca" qəzeti məlumat yayıb.
 
Xəbərə görə, daha öncə FİFA prezidenti Yozef Blatterlə arasında problem olduğuna görə "Qızıl Top" mükafatının təqdimetmə mərasiminə getməyəcəyini açıqlayan ulduz futbolçu artıq fikrini dəyişib. Belə ki, FİFA nümayəndələri Ronaldo ilə əlaqə yaradıb və 28 yaşlı futbolçu mərasimə qatılacağını təsdiqləyib.
 
Qeyd edək ki, ilin ən yaxşı futbolçusu adı uğrunda Ronaldo ilə yanaşı, Lionel Messi və Frank Riberi də mübarizə aparır. Mükafatlandırma mərasimi isə yanvarın 13-də keçiriləcək.
Shares: