Çempionlar Liqasında “Qalatasaray” – “Yuventus” matçının təxirə salınması onların daxili çempionatdakı təqvimlərinə də təsir edib. Futbolinfo.az xəbər verir ki, Türkiyə təmsilçisi ölkənin futbol federasiyasına müraciət edərək şənbə günü “Gənclərbirliyi” ilə keçirilməli olan oyunun bazar gününə çəkilməsini istəyib.
Federasiya “Cim-Bom”un xahişini müsbət qarşılayıb və iyun bir gün sonraya çəkilib.
İtaliya A seriyasının 16-cı turunda keçiriləcək “Yuventus” – “Sassuolo” görüşünün vaxtı da dəyişdirilib. Bu matç da şənbədən bazara keçirilib.





