Topaz Premyer Liqasının 17-ci turunda səfərdə "İnter"lə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Futbolinfo.az xəbər verir ki, havanın qarlı olmasına baxmayaraq, komanda məşqə planlaşdırdığı vaxtda çıxıb.
 
Bir müddət əvvəl məşqdə zədələnən qapıçı Tərlan Əhmədlidən başqa heyətdə itki yoxdu. "Sumqayıt" bu gün oyunun keçiriləcəyi saatda "Şəfa" stadionunda oyun öncəsi son məşqinə çıxacaq.
 
Qeyd edək ki, "İnter" – "Sumqayıt" oyunu dekabrın 14-də "Şəfa" stadionunda keçiriləcək və saat 17:00-da start götürəcək. (klub saytı)
Shares: