"Qalatasaray"ın Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"u məğlub edərək 1/8 finala çıxması ispaniyalı azarkeşləri qorxudub. Futbolinfo.az xəbər verir ki, "Marca" qəzetinin apardığı sorğuda "Atletiko" (Madrid) və "Barselona" azarkeşlərinin 1/8 finalda "sarı-qırmızılar”la qarşılaşmaq istəmədikləri məlum olub.
 
Katalonlar daha çox "Mançester Siti","Olimpiakos" və "Arsenal"ın püşkdən çıxmasını arzulayır.
 
"Atletiko"nun fanatları isə komandalarının "Olimpiakos", "Mançester Siti" və "Şalke" ilə qarşılaşmasını istəyirlər.
 
Xatırladaq ki, "Çelsi"nin baş məşqçisi Joze Mourinyo da "Cim-Bom"u ən təhlükəli rəqiblərdən biri hesab etdiyini demişdi.
Shares: