ABŞ Futbol Federasiyası (AFF) millinin baş məşqçisi Yurgen Klinsmanın işindən razıdı. Ona görə də rəhbərlik alman mütəxəssislə yeni müqavilə imzalayıb. Futbolinfo.az xəbər verir ki, bu barədə federasiyasının prezidenti Sunil Qulati açıqlamasında deyib. O, bildirib ki, Klinsmanla sözləşmənin müddəti 4 illik uzadılıb:
"Klinsman ötən iki il ərzində komandada çox böyük işlər gördü. Biz də bu uğurun davam etməsini istəyirik".
Qeyd edək ki, ABŞ millisi Klinsmanla 27 qalibiyət, 10 bərabərlik və 7 məğlubiyyətlə tarixinin ən uğurlu dönəmlərindən birini yaşayır.





