"Xəzər Lənkəran"ın futbolçusu Tural Cəlilovun Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilmiş "Rəvan"la oyunda meydana çıxmamasının səbəbi müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, buna sözügedən oyunçunun matç öncəsi məşqdə zədələnməsi səbəb olub.
Bu üzdən futbolçu "Rəvan"la oyunda meydana çıxa biıməyib. Onun zədəsinin ciddiliyi dünənki müayinədən sonra məlim olub. Cəlilov növbəti oyunu da buraxmalı olacaq.





