Xəbər verdiyimiz kimi, bu gün futbol üzrə Azərbaycan 1-ci divizionunun 14-cü turu çərçivəsində də maraqlı bir oyun keçirildi. Futbolinfo.az xəbər verir ki, "Bayıl Arena"da turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan "Neftçala" lider "Araz Naxçıvan"la qarşılaşdı.
Kifayət qədər gərgin keçən bu görüşün gedişatında baş verən qalmaqallar barədə sizə məlumat vermişdik. Bu gərginlik oyundan sonra da baş verib. Belə ki, komandalar paltardəyişmə otağına qayıtdıqdan sonra iki klubun rəsmiləri arasında çox ciddi dava düşüb. Onları sakitləşdirmək üçün arenaya gələn bütün polis qüvvələri hadisə yerinə cəlb olunub. Tərəflərin mübahisəsi hələ də davam edir.
 
Qeyd edək ki, bu qarşılaşma "Araz Naxçıvan"ın 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu, Naxçıvan təmsilçisinin cari mövsümdəki ilk məğlubiyyətidi. 
Shares: