Topaz Premyer Liqasının 17-ci turunda "Xəzər Lənkəran" doğma meydanda "Rəvan"la qarşılaşıb. Futbolinfo.az xəbər verir ki, meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatan oyundan sonra maraqlı anlar yaşanıb.
"Xəzər Lənkəran"ın sabiq üzvləri Rəşad Abdullayev və Kamal Bayramov keçmiş komanda yoldaşları Rahid Əmiruqliyev və Orxan Sadıqlı ilə görüşüb, qucaqlaşıblar. Bu maraqlı anlar saytımızın əməkdaşının gözündən qaçmayıb.





