İngiltərə Premyer Liqasında növbəti və gözlənilməz baş məşqçi istefası reallaşıb. Futbolinfo.az xəbər verir ki, Londonu təmsil edən "Tottenhem" klubunun çalışdırıcısı Andre Villaş-Boaş istefaya göndərilib.
Tərəflər qarşılıqlı şəkildə müqaviləni ləğv ediblər. Bu haqda xəbər “mahmızlar”ın rəsmi internet səhifəsində yayınlanıb.
Villaş-Boaşın göndərilmə səbəbləri açıqlanmasa da, komandanın premyer-liqanın son turunda “Liverpul”a 0:5 hesabı ilə uduzması səbr kasasını daşıran sonuncu damcı olub.
Qeyd edək ki, bir neçə saat öncə Villaş-Boaş uğursuz nəticələrə baxmayaraq, istefa verməyəcəyini açıqlamışdı.





