İtaliyanın “Roma” klubunun forvardı Françesko Totti sabah “Milan”la oyunda meydana çıxmağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, bir müddətdi zədəli olan canlı əfsanə bu cür önəmli matçla futbola qayıdacaq. Totti sonuncu dəfə oktyabrın ortalarında forma geymişdi.
 
Yeri gəlmişkən, “Roma” bu matçda Tottinin qayıdışına sevinsə də, bir tərəfdən də üzülür. Belə ki, “Milan”la prinsipial oyunda Marko Boryello və Federiko Balsaretti zədə, Miralem Pyaniç isə cəza ucbatından oynaya bilməyəcək.
 
“Milan” isə Stefan El-Şaraavinin xidmətlərindən faydalana bilməyəcək. Həmçinin oyunu qolkiper Marko Ameliya, müdafiəçilər Kristian Abate, Kevin Konstant və Matias Silvestr, yarımmüdafiəçi Valter Birsa və hücumçu Robinyo buraxmalı olacaq.
Shares: