“Xəzər Lənkəran”ın ispan yarımmüdafiəçisi Eduard Oriolun futbolinfo.az saytına müsahibəsi
– "Xəzər Lənkəran"ın heyətində çox az görünürsüz. Oynamamağınızın səbəbi nədi?
– Niyə oynamadığımın səbəbini özüm də bilmirəm. Düşdüyüm vəziyyətdən çox narahatam və bu, mənim heç xoşuma gəlmir. Başa düşmürəm ki, niyə oynamıram? Yenə də üzərimdə işləməyə davam edirəm.
– Niyə oynamadığımın səbəbini özüm də bilmirəm. Düşdüyüm vəziyyətdən çox narahatam və bu, mənim heç xoşuma gəlmir. Başa düşmürəm ki, niyə oynamıram? Yenə də üzərimdə işləməyə davam edirəm.
– Mustafa Dənizli ilə sabiq baş məşqçiniz Con Toşak arasında nə fərq var?
– Onlar müxtəlif cür məşqçidilər. Düşünürəm ki, Dənizli daha güclü mütəxəssisdi. Onun futbola baxışı Toşakdan fərqlidi. İnanıram ki, “Xəzər Lənkəran” yeni baş məşqçi ilə uğur qazanacaq.
– Bu minvalla gözləmək olar ki, yanvarda komandadan gedəcəksiz?
– Yenə də deyirəm ki, bu vəziyyət ürəyimcə deyil. 4 aydı buradayam və bir dəfə də olsun, meydana start heyətdə girib sona qədər oynamamışam. Bu, məni narahat etməyə bilməz. Axı mənim yaşım o qədər də çox deyil. Elə yaşım var ki, meydana çıxıb özümü göstərməliyəm.

– Qış fasiləsində komandanı tərk etmək istəyirsiz?
– Mənim klubla 2 illik müqaviləm var. Bu üzdən komandadan gedə bilmərəm. Amma oynamaq istəyirəm. Hər şey baş məşqçimizdən asılıdı. Bəlkə o, mənim komandada qalmağımı istəməyəcək.
– Dənizli ilə söhbət etmisiz?
– Yox, heç nə danışmamışıq.
– Özünüz komandada qalmaq istəyirsiz?
– Mən burada xoşbəxtəm. Yeganə çatışmayan məqam varsa, o da meydana çıxmamağımdı.
ELSEVƏR