FİFA meneceri Günel Rusman Branimir Subaşiçin "Rizəspor" macərasından danışıb. Futbolinfo.az saytına açıqlamasında xanım menecer Subaşiçin transferinə Mustafa Dənizlinin mane olduğunu bildirib:
 
"Branimir Subaşiçi "Rizəspor"a aparmışdım. Hamı razılaşdı, bir tək Mustafa Dənizli razı olmadı. Mən bu transferin həyata keçməsini çox istəyirdim, amma alınmadı. Bu barədə klub rəhbərliyi ilə görüşmüşdüm. Onlar razı oldular. Daha sonra klubun vitse-prezidenti mənə zəng vuraraq Dənizlinin bu transferi istəmədiyini bildirdi".
Shares: