İki gün öncə istefaya göndərilən “Tottenhem”in baş məşqçisi Andre Villaş-Boaşa klubdan kompensasiya alacaq. Futbolinfo.az xəbər verir ki, onun komanda ilə müqaviləsi 2015-ci ilin yayında başa çatmalı idi.
 
Rəhbərlik portuqal çalışdırıcını vaxtından əvvəl onu işdən azad etdiyinə görə 4,5 milyon funt təzminat ödəməyi boynuna götürüb.
 
Xatırladaq ki, Villaş-Boaş “Çelsi”dən qovulduğuna görə də ötən il 1 milyon kompensasiya almışdı.
Shares: